Ölkə futbolu
"Qarabağ" Bolqarıstan çempionuna uduzdu – YENİLƏNİB
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ…
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb. Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb. Oyun Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.
22 iyun
Yoxlama oyunu
"Qarabağ" – "Ludoqorets" (Bolqarıstan) 0:2
Qollar: Marselinyo, 17, D. Bakalov, 71.