Ölkə futbolu
“Aqollinin gedişindən sonra “Qarabağ” çox zəifləyib”
İtaliya B Seriyasında çıxış edən “Peskara”nı…
İtaliya B Seriyasında çıxış edən “Peskara”nın albaniyalı futbolçusu Ledian Memuşay “Qarabağ”la qarşılaşacaq “Partizani” ilə bağlı açıqlama verib.
Futbolinfo.az Albaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Ağdam təmsilçisi ilə üz-üzə gələcək Albaniya klubunun şanslarını dəyərləndirib:
“Partizani”ni Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iki çətin matç gözləyir. Buna baxmayaraq, düşünürəm ki, Ansi Aqollinin gedişindən sonra “Qarabağ” çox zəifləyib (gülür). İnanıram ki, bu mərhələdə hər şey Albaniya klubu üçün yaxşı nəticələnəcək”.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab matçları isə 16-17 iyulda keçiriləcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür