Ölkə futbolu
Simeon Slavçev: “ÇL-in qrup mərhələsində oynamaq istəyirik”
“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slav&c…
“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Avstriya toplanışı çərçivəsində Bolqarıstanın “Ludoqorets” klubuna 0:2 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Maraqlı oyun alındı. 0:2 hesabı ilə uduzsaq da, bu, elə də önəmli deyil. İlk yoxlama matçımız idi. Fiziki güc yığmaq önəmli idi. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki oyunumuza qədər hələ 3 yoxlama görüşümüz var.
İstəkli olmağım normaldır. Çünki hamı start heyətinə düşmək üçün mübarizə aparır. Hər kəs maksimum gücünü ortaya qoymağa çalışır. Bu, adi yoxlama matçı deyildi. Çox keyfiyyətli oyun alındı. "Ludoqorets" əla təsir bağışladı. Onlar təsadüfi çempion olmadıqlarını sübut etdilər. Güclü futbolçuları var".
Slavçev avrokuboklarda klubun qarşısına qoyulan hədəfləri də açıqlayıb: "Hədəflər yüksəkdi. Çempionlar Liqası, ən pis halda Avroliqanın qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadı. Bu cür nəticələr gözləmək normaldı".
"Qarabağ"dakı gələcəyi haqda da danışan yarımmüdafiəçi komandasını dəyişmək haqda düşünmədiyini bildirib: "Ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada adımdan söz etdirmək üçün mübarizə aparıram. "Sportinq" və "Bolton"da oynamaq imkanım oldu. Amma həmin klublarda möhkəmlənə bilmədim. Mənim üçün uğursuz anlar oldu. İndiki məqamda dəyişiklik haqda düşünmürəm. Tam olaraq, öz oyunuma köklənmişəm".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…