Dünya futbolu
Baş məşqçi “sarı” aldı, tarixə düşdü
Argentina millisi Amerika kubokunun 3-cü turunda Qətəri məğlu…
Argentina millisi Amerika kubokunun 3-cü turunda Qətəri məğlub edərək, 1/4 final mərhələsinə yüksəlib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə Amerika kuboku tarixində bir ilk yaşanıb. Belə ki, oyunun çilili baş hakimi Xulio Qonsales Argentina millisinin baş məşqçisi Lionel Skalonini etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Skaloni, Amerika kuboku tarixində ilk sarı vərəqə alan baş məşqçi olub.
Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsində Venesuela yığması ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”