Ölkə futbolu
Qurbanov daha yaxşı olacaqlarını vəd etdi
“Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün ya…
“Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq” – bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində bu gün Rumıniyanın “Krayova” klubu ilə keçirilən yoxlama oyunu (0:0) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının getdikcə daha yaxşı oynayacağını bildirib: "Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan-oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”.