Dünya futbolu
Super Liqa klubundan yeni transfer
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni f…
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi seneqallı qapıçı Abdulaye Diallonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Hazırda Seneqal yığmasıyla Afrika Millətlər Kubokunda mübarizə aparan qapıçı, turnir başa çatdıqdan sonra yeni klubunun təlim-məşq toplanışına qatılacaq.
Dialo 2016/17 mövsümündə Türkiyənin “Rizəspor” klubunda da forma geyinib.
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da “Gənclərbirliyi”ndə çıxış edir.
- Ölkə futbolu2024-03-15 11:15
Juninyo “Qarabağ”dan gedişindən danışdı: “Futbolda hər şey ola bilər”
- Müsahibə2024-03-15 18:14
“Sonuncu olan komanda Premyer Liqanı tərk edəcək” – Sərxan Hacıyev
- Dünya futbolu2024-03-15 16:34
Avroliqada 1/4 finalın püşkü atıldı, “Bayer” ingilislərə rəqib oldu
- Ölkə futbolu2024-03-14 12:39
“Neftçi”nin baş məşqçisinin fikri “Spartak”dadır