Dünya futbolu
Kurban Berdiyev: Heç yerə getmirəm
"Rubin"in baş məşqçisi Kurban Berdıyev "Anji…
"Rubin"in baş məşqçisi Kurban Berdıyev "Anji"ni çalışdıracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Kazan klubunu tərk etməyəcəyini qeyd edib:
"Anji"ni çalışdıracağım haqda yayılan xəbərlər məni təəccübləndirdi. "Rubin"də çalışdığım üçün fəxr edirəm və heç yana getmək fikrində deyiləm. Bu, boş söhbətlərdi. Buna qədər Süleyman Kərimovla 2 dəfə danışığımız olub. Təbii ki, biz futboldan danışmışıq. Amma mövzu "Anji"ni çalışdırmağım olmayıb".
Qeyd edək ki, “Rubin”də Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da çıxış edir.