Ölkə futbolu
“Neftçi” ilk oyundan əzmkar heç-heçə ilə ayrıldı
Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsini…
Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti matçına çıxıb.
Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi səfər oyununa daha arxayın yollanmaq üçün Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanmağa borclu idi. Qarşılaşma "Neftçi" üçün o qədər də uğurlu başlamayıb. Amma qalan dəqiqələrdə əzmkar heç-heçəyə nail olan təmsilçimiz növbəti mərhələyə adlamaq şanslarını saxlayıb.
“Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
8 avqust
Neftçi – Bney Yehuda 2:2
Qol: S.Monroz, 42. N.Ələsgərov, 90+7 – T.Saqas, 26. M.Qadir, 36.
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta.
Bakı. “Bakcell Arena”.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.
Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”