Ölkə futbolu
“İsraildə meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”
“Neftçi”nin futbolçuları – Emin Mahmu…
“Neftçi”nin futbolçuları – Emin Mahmudov, Kiril Petrov və Dario Federiko Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan (2:2) sonra klubun rəsmi saytına açıqlama veriblər.
Futbolinfo.az həmin açıqlamalarla sizi də tanış edir:
Emin Mahmudov: "Çox sadə səhvlər buraxdıq və nəticədə qapımızda qollar gördük. Cavab matçında bunları təkrarlamamalıyıq. İsraildə meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”.
Kiril Petrov: "İkinci hissədə yaxşı oynadıq. İsraildə də belə oyun nümayiş etdirsək, dueldən qalib çıxacağıq. Səfərdə rəqibə "Neftçi”nin nəyə qadir olduğunu göstərməliyik. Hakim FİFA referisi olsa da, oyunu heç də FİFA səviyyəsində idarə etmədi”.
Dario Federiko: "Azarkeşlərə minnətdarlığımı bildirirəm. Komandamız da sonadək vuruşdu və nəticədə layiq olduğu qola imza ata bildi. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”