Dünya futbolu
Əsgərov 90 dəqiqə oynadı, Şirinov…
Futbol üzrə Latviya çempionatında 25-ci turun oyunları …
Futbol üzrə Latviya çempionatında 25-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının dueli ilə əlamətdar olub.
Belə ki, Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” onun keçmiş komandası, Əli Şirinovun şəfərini qoruduğu “Dauqavpils”i qəbul edib. Qarşılaşma qonaq komandanın inamlı qələbəsiylə başa çatıb – 2:1.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əsgərov 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Əli isə komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.
“Liepaya” hazırda 28 xalla 9 kollektiv arasında 6-cı, “Dauqavpils” isə 24 xalla 8-cidi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”