Dünya futbolu
3-cü təsnifat mərhələsinə yekun vuruldu – ÇL
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifa…
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” APOEL-i qəbul edib. Komandalar arasındakı Kiprdə keçirilən ilk oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. “Qarabağ” APOEL səddini keçsəydi, pley-off mərhələsində “Ayaks” – PAOK cütünün qalibi ilə qarşılaşacaq. Amma təəssüf ki, iki cavabsız qolla uduzan təmsilçimiz ÇL-də mübarizəni dayandırmalı olub. “Ayaks” – PAOK cütündə isə Hollandiya təmsilçisi daha güclü olub.
Türkiyənin “Başakşəhər” klubu Yunanıstan “Olimpiakos”unun qonağı olub. Komandalar arasında keçirilən ilk görüş yunanların minimal hesablı qələbəsiylə başa çatmışdı. Cavab oyununda da uduzan Türkiyə klubu mübarizəni dayandırıb.
Rusiya təmsilçisi “Krasnodar”ın doğma meydanda uduzduğu “Portu”ya səfərdə qalib gələrək mərhələ adlaması da gecənin diqqət çəkən nəticələrindən biri olub.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
Qarabağ (Azərbaycan) – APOEL (Kipr) 0:2
Qol: De Vinsenti, 34-pen. Matiç, 68.
İlk oyun – 2:1
Rusenborq (Norveç) – Maribor (Sloveniya) 3:1
Qol: Soderlund, 53. Konradsen, 61; 81 – Vankas, 45+2.
İlk oyun – 3:1
Dinamo (Ukrayna, Kiyev) – Brügge (Belçika) 3:3
Qol: Buyalski, 6. Şepelyov, 50. Mexele, 90+3-öz qapısına – Deli, 38. Vormer, 88. Openda, 90+5.
İlk oyun – 0:1
Kopenhagen (Danimarka) – Srvena Zvezda (Serbiya) 1:1 (penaltilər 6:7)
Qol: Ndoye, 45 – Boakye, 17.
İlk oyun – 1:1
Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:4
Qol: Ademi, 16. Petkoviç, 47. Olmo, 55. Qoyak, 79.
İlk oyun – 1:1
LASK (Avsrtriya) – Bazel (İsveçrə) 3:1
Qol: Tanftl, 59. Qoiginger, 89. Raquz, 90+4 – Ademi, 80.
İlk oyun – 2:1
Olimpiakos (Yunanıstan) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Semedo, 55. Valbuena, 78-pen.
İlk oyun – 1:0
Ayaks (Hollandiya) – PAOK (Yunanıstan) 3:2
Qol: Tadiç, 43-pen; 85-pen. Talyafiko, 79 – Bisesvar, 23; 90+4.
İlk oyun – 2:2
Seltik (Şotlandiya) – ÇFR (Rumıniya) 3:4
Qol: Forrest, 51. Eduard, 61. Kristie, 76 – Deaç, 27. Omrani, 74; 80. Çukudian, 90+7.
İlk oyun – 1:1
Portu (Portuqaliya) – Krasnodar (Rusiya) 2:3
Qol: Ze Luis, 57. Dias, 76 – Vilhena, 3. M.Süleymanov, 13; 34.
İlk oyun – 1:0
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”