Ölkə futbolu
“Qarabağ”ın Avroliqadakı rəqibi dəqiqləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnif…
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubuna uduzaraq (0:2, ilk oyun 2:1) mübarizəni dayandıran Azərbaycan çempionu “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, artıq Ağdam klubunun Avroliqadakı rəqibi də müəyyənləşib. Qurban Qurbanovun çalışdırdığı komanda bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Şimali İrlandiyanın “Linfild” klubu ilə mübarizə aparacaq.
Sözügedən komanda Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən kənarlaşdırıb. Səfərdə baş tutan ilk oyunda 2:1 üstün olan Şimali İrlandiya klubu, doğma meydanda da 3:2 hesablı qələbəyə sevinib və Ağdam təmsilçisinə rəqib olub.
Avroliqada pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı