Ölkə futbolu
Dan Mori: “Artıq “Neftçi”yə bələdik”
“Artıq “Neftçi”yə bələdik. Xüsusən …
“Artıq “Neftçi”yə bələdik. Xüsusən bir müdafiəçi kimi komandanın hücum xəttindən xəbərdaram”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori "Neftçi"yə qarşı keçirəcəkləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı israilli müdafiəçi bildirib ki, sabah "Neftçi"ni dayandırmaq üçün əlllərindən gələni edəcəklər: "Psixoloji hazırlıq hər zaman önəmlidi. İlk matçdan üstün ayrıldığımızı düşünsək, bu, bizə çətinlik yarada bilər. Artıq cavab oyunu barədə düşünürük. Bilirik ki, matça hazır olacağıq".
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib – 2:2.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd