Dünya futbolu
Kiyev “Dinamo”sunda yeni baş məşqçi
Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşq&cce…
Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu posta Aleksey Mixayliçenkonu gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uzun müddətdi klubda idman direktoru vəzifəsində çalışan 56 yaşlı mütəxəssis baş məşqçi postunda Aleksandr Xatskeviçi əvəzləyib. Xatskeviç Çempionlar Liqasındakı uğursuz çıxışa görə, bir neçə gün əvvəl istefaya göndərilmişdi.
Mixayliçenko bu gün rəsmi müqaviləyə qol çəkib. Sabah isə o, komandanı ilk məşqə çıxaracaq.
Mixayliçenko 2002-2004-cü illərdə də “Dinamo”nu çalışdırıb, komandaya 2 dəfə Ukrayna çempionatını, 1 dəfə ölkə kubokunu, 1 dəfə isə Super Kubokunu qazandırıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq