Ölkə futbolu
Honduras millisinin forvardı rəsmən “Sabah”da
“Sabah” heyətini yeni futbolçu ilə gücləndi…
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.
Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub.
Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.