Milli komanda
Yığmamız İsraillə biabırçı hesabla uduzdu
Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir d…
Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir.
Futbolinfo.az xəbər verir ki, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.
A qrupunda yer alan yığmamızın turnir çərçivəsində ilk rəqibi İsrail olub. Qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək turnirində yığmamız Ukrayna, Latviya və İsraillə eyni qrupda qərarlaşıb. Azərbaycan millisinin yer aldığı qrupun digər oyununda bu gün meydan sahibi Ukrayna Latviya ilə üz-üzə gəlib. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə tamamlanıb. Azərbaycan futbolçuları sabah Ukrayna ilə qarşılaşacaq.
Viktor Bannikov turniri
26 avqust
Azərbaycan – İsrail 0:6
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”