Ölkə futbolu
Öncə Qurbanov, sonra Hili
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Linfild” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, avqustun 28-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 17:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Linfild"in baş məşqçisi David Hili isə saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Şimali İrlandiya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Ölkə futbolu2024-03-11 08:35
“Qarabağ” hər an rəqibini cəzalandırmağa hazır maşındır”
- Ölkə futbolu2024-03-10 08:00
“Qəbələ” üçün sonun başlanğıcı, Bojoviçin göz yaşları
- Ölkə futbolu2024-03-11 08:00
“Qarabağ”ın növbəti məşqi və Tovuzda 2 dəqiqənin hökmü
- Ölkə futbolu2024-03-11 16:48
“Neftçi”də pul qurtardı, kreditə ehtiyac duyuldu