Bizi izləyin

Ölkə futbolu

Qurban Qurbanov: “Ən çox qol epizodu yaratdığımız ildi”

“APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də …

blank

“APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Linfild”ə məğlub olan (2:3) Azərbaycan çempionu Bakıdakı cavab görüşündə 2:1 hesabı ilə qalib gələrək qrupa vəsiqə qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildi. Bu özü böyük uğurdu. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdu. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”.

– Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədi?
– Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdü. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün “Səbail”lə qarşıdakı oyun da vacibdi. Daim futbolçuları qələbəyə kökləməliyik

– Romero orta sahədə ümidləri doğrultdumu?
– Haymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı. Layiqli mübarizə apardı.

– 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadımı?
– Çox yaxşı xatırlayıram. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.

– Artıq qrupa düşmüsünüz. Transferlər gözlənilirmi?
– Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta “Real”, “Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindi. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindi. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik.

– Son iki ildə qrup oyunlarınızı BOS-da keçirmisiniz və azarkeşlər buna narazılıq bildirmişdilər. Budəfəki seçiminiz necə olacaq?
– Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Bu arena azarkeşlər üçün daha rahatdı. Hamısı Bakının stadionudu. Amma BOS-la Tofiq Bəhramov stadionunu futbolçular üçün eyni edə bilmərik. Mərkəzi arenanın oyunçular üçün daha rahat olduğunu deyə bilərik. Mövsümün əvvəlində “Dalğa Arena”da da oynamışıq. Bütün qərarlara normal yanaşmalıyıq. Qrup üçün mərkəzi arenanı sifariş etmişik. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.

– Rəqibin baş məşqçisi dünən dedi ki, "1 milyon pulum olsa, Riçard, Zubir və Rahili alardım". Düşünmürsünüz ki, bu məbləğ azdı? Siz onlardan kimisə alardınızmı?
– Belə fikirlər eşitmək xoşdu. Aranızda normal diskussiya olub. Onlardan hansı futbolçuları istərdim? Belə fikirlər səsləndirməyi xoşlamıram. Çünki futbolçuları dərindən, gizlindən araşdırırıq. Futbolçularımız üçün təklif gəlsə, ondan sonra nəsə demək olar.

– Qrupda minimum hədəf nə olacaq?
– Püşkatmadan sonra deyə bilərik.

– Elə bir potensialınız var ki, indiyə qədər nümayiş etdirə bilməmisiniz və qrupda bunu görə bilərik?
– Futbolçu üzərində çox çalışmalıdı. “Qarabağ”ın futbolçularının oyununu yaxşılaşdırmağa, daha keyfiyyətli oyun göstərməyə potensialı var. Onlarla fərdi şəkildə də hazırlaşırıq. Qrup tam fərqlidi, ordakı rəqiblər də futbolçunu daha yaxşı, sürətli oynamağa məcbur edirlər. Çünki daha yuxarı səviyyə olacaq. İnşallah, qrupda daha sürətli və baxımlı oyun göstərə bilərik.

– Belə bir fikir formalaşıb ki, digər klubların uğursuzluğu Premyer Liqadakı rəqabətsizlikdən qaynaqlanır və “Qarabağ” topladığı təcrübə hesabına qrupa düşür…
– Təcrübə bu turnirdə oynamağa yetərlidi. Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm. Bunu hər dəfə demək istəmirəm. İstərdim ki, daha imkanlı klublarımız, güclü çempionatlardan gələn futbolçular olsun. İlboyu belə tempdə oynamaq hamı üçün daha yaxşı olardı. İstəmərəm ki, çempionatı Avroliqadakı çıxışla əlaqələndirsinlər.

Reklam

Reklam


blank
Əvəzedicilər2024-03-11 18:15

“Turan Tovuz-2” qalib gəldi, Binədə qapılara qol vurulmadı

blank
Ölkə futbolu2024-03-11 18:00

“Kür-Araz”dan darmadağın

blank
Ölkə futbolu2024-03-11 17:47

“İstənilən qarşılaşma vacibdir”

blank
Ölkə futbolu2024-03-11 17:31

Əhməd İsmayılovla Askar Umarov memorandum imzaladılar

blank
Digər idman növləri2024-03-11 17:17

Parisə gedən yol Bakıdan keçir

blank
Digər idman növləri2024-03-11 17:01

Yüksək Liqada 17-ci turun proqramı müəyyənləşdi

blank
Ölkə futbolu2024-03-11 16:48

“Neftçi”də pul qurtardı, kreditə ehtiyac duyuldu

blank
Dünya futbolu2024-03-11 16:31

Mbappelər PSJ-dən birlikdə gedir

blank
Ölkə futbolu2024-03-11 16:15

“Qarabağ” çox düzgün klubdur”

blank
Ölkə futbolu2024-03-11 16:00

“Kəpəz” sponsorluq məsələsi ilə bağlı açıqlama yaydı

blank
Ölkə futbolu2024-03-11 15:46

Polşa klubunun baş məşqçisi azərbaycanlı futbolçunu təriflədi

blank
Ölkə futbolu2024-03-11 15:32

Kvirkviya heç-heçədən məmnun deyil: “Neftçi”yə 3 qol vuracağımızı gözləmirdim”

blank
Digər idman növləri2024-03-11 15:17

Sinnerin futbolu atmasının səbəbi

blank
Digər idman növləri2024-03-11 15:00

Azərbaycan yığmasının dünya kuboku üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-03-11 14:44

“Neftçi”nin legioneri milliyə dəvət aldı

blank
Ölkə futbolu2024-03-11 14:32

AFFA menecerlər üçün təkrar imtahan keçirib

blank
Müsahibə2024-03-11 14:17

Martins ikinci qolunu çox bəyənib: “Daha üst pillələrə qalxacağıq”

blank
Digər idman növləri2024-03-11 14:00

Azərbaycan boksçusu “Adriatik incisi” turnirinin qalibi oldu

blank
Ölkə futbolu2024-03-11 13:42

Emin Mahmudov məşqlərdən kənar qalıb

blank
Ölkə futbolu2024-03-11 13:25

10-cu ev qələbəsi

blank
Ölkə futbolu2024-03-11 13:10

Ozobiç bunu bacaran 10 futbolçudan biridir

blank
Dünya futbolu2024-03-11 12:52

Dias seçimini etdi

blank
Ölkə futbolu2024-03-11 12:34

II Liqada 16-cı turun təyinatları bilindi

blank
Premyer-liqa2024-03-11 12:17

Azərbaycan çempionatlarında 63-cü

blank
Ölkə futbolu2024-03-11 12:04

4:0-da da Dadaşovun yeri göründü

blank
Ölkə futbolu2024-03-11 11:47

“Qarabağ” və “Qəbələ”ni birləşdirən nöqtə: hər ikisi rəqiblərindən uzaqlaşır

blank
Digər idman növləri2024-03-11 11:32

Daha bir boksçumuz lisenziya turnirində erməni boksçunu məğlub etdi

blank
Dünya futbolu2024-03-11 11:17

“Barselona”nın Sudakovun transferinə gücü çatmır

blank
Digər idman növləri2024-03-11 10:59

Hyuston komandaslından ardıcıl 3-cü səfər qələbəsi

blank
Digər idman növləri2024-03-11 10:44

“Yarımfinalda bizə 3 qələbə lazımdır”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm