Bizi izləyin

Ölkə futbolu

Rəşad Sadıqov: “Qrupda hər oyuna final kimi yanaşmalıyıq”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasını…

blank
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirdikləri cavab oyunundan (2:1, ilk oyun 2:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
 
– Oyunun xüsusən sonluğu çox gərgin keçdi. Matça yaxşı başlayıb erkən qol vurduqdan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Hələ cəmi bir top fərqi ilə uduzduğu üçün rəqib risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı analiz etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir. Ona görə də ehtiyatlı davranırdıq. İkinci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı.
 
– Adətən, "Qarabağ" belə komandalara asanlıqla qalib gəlirdi. Amma bu dəfə hər iki görüş olduqca çətin keçdi. Kipr APOEL-inə Çempionlar Liqasındakı məğlubiyyətin təsiri hiss olunurdu?
– Həm APOEL-ə evdə, həm də "Linfild"ə səfərdə məğlub olduğumuz matçların təsiri var idi. Uduzmaqdan uduzmağa fərq var. Elə olur ki, yaxşı oynayırsan, qol imkanları yaradırsan, üstünlük səndə olur, amma üst-üstə iki dəfə yenilirsən. Bu da komandanı istər-istəməz psixoloji cəhətdən zədələyir. Bu gün o psixoloji basqı üzərimizdə var idi. Uşaqların üzlərindən də göründü ki, ikinci qoldan sonra bir az rahatlaşdılar. Halbuki, bu qoladək üzərimizdə qorxu var idi. Çox sevindiricidir ki, bunu üzərimizdən ata bildik. Digər tərəfdən, pley-off mərhələsində hər bir rəqib sonadək mübarizə aparır, şansından yararlanmaq istəyir. Şadıq ki, istəyimizə nail olduq və 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldik.
 
– Düşünmürsünüz ki, bu, ən çətin pley-off oyununuz idi?
– Bundan da gərgin keçənləri olmuşdu. Amma indi evdə oynadığımızı nəzərə alsaq, ən çətin oyunumuz oldu. Əvvəlki mövsümlərdə evdə İsveç "Göteborq"u, Moldova "Şerif"i və İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmalarda 3:0 hesablı qələbə qazanmışdıq. Amma bu dəfə belə olmadı. Əslində, qrup mərhələsinədək avrokubok oyunlarımızı çox yaxşı keçirdik. Cəmi 2 görüşdə uduzmuşuq, amma hər birində rəqibdən üstün oynamışıq. Ümumən, komandamızın oyunu pis deyil. Çalışıb daha da yaxşılaşdırmalıyıq ki, qrup mərhələsində uğurla çıxış edək.
 
– Qrup mərhələsi barədə komandada hansı fikirlər var idi?
– Bu barədə heç düşünmürdük. Çünki "Linfild"ə ilk matçda məğlub olmuşduq. Əslində cütün taleyini elə Şimali İrlandiyada həll etmək istəyirdik. Hətta 1:0 hesabı ilə öndə olduqdan sonra da geri çəkilmir, böyük qüvvə ilə irəli atılırdıq. Məğlub olduqdan sonra isə sırf oyunu fikirləşirdik. Məncə, artıq hər oyuna final kimi yanaşmalı, maksimum xal qazanmağa çalışmalıyıq.
 
– Qrupda 2-ci yeri tutmağı qarşınıza minimum vəzifə kimi qoymusunuz?
– Çox istərdik ki, belə olsun.
 
– Rəqiblər arasında İspaniya "Sevilya"sı, Portuqaliya "Portu"su, Rusiya MOİK-i kimi komandalar var. Belə iddialı klublara qarşı oynamağa hazırsınız?
– Bunu zaman göstərəcək. Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var. Həmçinin də "Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək.
 
– Maqaye Qaye nə zaman daha yaxşı oyun göstərə biləcək?
– Qeye komandaya gec qoşuldu. Özü də açıqlamalarında həmin vaxt formasından uzaq olduğunu bildirib. Buna baxmayaraq, avrokuboklarda iki qol, bir məhsuldar ötürmə müəllifi olub, Premyer Liqada da fərqlənməyi bacarıb. Çox yaxşı performans göstərir. Bu gün də meydanda ən yaxşılardan idi. Topa yapışır, mübarizə aparırdı. Rəqib çox sıx oynayırdı. Düşünürəm ki, Qeye öz işini gördü. Xüsusən, ilk qolda ideal ötürmə verdi. İnanıram ki, bundan da yaxşı formada olacaq.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm