Dünya futbolu
Əliyevli “Ximki” “Baltika” ilə bacarmadı
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 15-c…
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Baltika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, 43-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
“Ximki” 15 turdan sonra 33 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-03-08 08:00
Tarixi uğura saniyələr qalarkən…
- Premyer-liqa2024-03-07 23:45
“Qarabağ” “Bayer”lə oyunda qələbəni əldən verdi
- Müsahibə2024-03-07 14:15
“Lənkəranda mütləq böyük futbol olmalıdır”
- Ölkə futbolu2024-03-08 14:14
“Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik” – Toral Bayramov