Premyer-liqa
“Bakcell Arena”da diktor təxribatı
Bu gün keçirilən Topaz Premyer Liqasının 12-ci turunun …
Bu gün keçirilən Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçı daha bir maraqlı məqamla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın sonlarında Flavinyonun vurduğu 4-cü qol “Bakcell Arena”nın diktorunu elə həyacanlandırdı ki, o, hətta öz səlahiyyətlərini də unutdu.
Belə ki, ancaq nizamnaməyə uyğun məlumatları azarkeşlərə çatdırmaq hüququ olan diktor Flavinyonun qolundan sonra “Neftçi” azarkeşlərini daha da coşdurmaq üçün “6 noyabrı xatırlayın” ifadəsini işlətməkdən də çəkinmədi.
Maraq üçün qeyd edək ki, bu, “Neftçi”nin Mirça Rednikin “Xəzər Lənkəran”ı çalışdırdığı vaxtda 5:0 hesablı qələbə qazandığı günü yada salmaq üçün dilə gətirilib. Amma əslində stadion diktorunun belə bir qızışdırıcı ifadələr işlətməsi qanunsuzluqdu. Çox güman ki, AFFA İntizam Komitəsinin növbəti iclasında bu məsələyə baxılacaq.