Premyer-liqa
Nazim Süleymanov: Layiqli qələbə qazandıq
“Neftçi”nin baş məşqçisi Nazim Süley…
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komanda yaxşı oynadı və layiqli qələbə qazandı. Lakin bununla kifayətlənmək olmaz. Marafon uzundu və dayanmaq olmaz. Cavid İmamverdiyevin oyunundan razı qalmadım.Onu buna görə əvəzlədim. “Neftçi”nin baş məşqçisi kimi, inamı doğrultmaq istəyirəm. Mövqelərimizdə boşluqlar var. Təbii ki, meydanda futbolçu varsa, səhv olmalıdı. Buna görə də oyunun sonlarında qapımızdan qol buraxdıq. İstərdim ki, hər oyunda qələbə qazanaq, irəli gedək”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…