Premyer-liqa
“Super Kubok oyunundakı məğlubiyyətin təsadüfi olduğunu sübut etdik”
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra meydan sahiblərinin gənc futbolçusu Elvin Yunuszadə matçı şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Bu gün yaxşı oynadıq. Layiqli qələbə qazandıq. Düzdü, oyun çətin keçdi. Ancaq lazım olan qələbəni əldə etdik. Fikrimcə bu gün Super Kubok oyunundakı məğlubiyyətin təsadüfi olduğunu sübut etdik”.