Premyer-liqa
Ramin Musayev: İstərdim ki, “Böyük oyun”da tribunalar dolu olsun
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” oyunu İntizam Komitəsinin qərarına əsasən qonaqların azarkeşləri olmadan baş tutdu. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən “Böyük oyun”da əvvəllər olduğu kimi ajiotaj, canlılıq yaşanmadı.
Elə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də bizimlə söhbətdə bunu təsdiqlədi. PFL rəhbəri oyundan sonra saytımıza açıqlamasında bunları dilə gətirdi:
“Oyun çox maraqlı keçdi. Belə oyunları izləmək çox maraqlıdı. Həm də sakitlik oldu. Düzü, mən PFL rəhbəri olaraq istəyirəm ki, tribunalar dolu olsun. Ancaq oyunda təhlükəsizliyin təmin olunması, xoşagəlməz hadisələrin baş verməməsi daha önəmlidi. Yaxşı oyuna görə hər iki komandanı təbrik edirəm”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”