Dünya futbolu
“Napoli” büdrədi, “Yuventus” qalib gəldi
Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları ke&cce…
Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.
Lider “Yuventus” isə “Cenoa”nı qəbul edib. Turin təmsilçisi bu görüşdə çətin qələbəyə sevinib. “Fiorentina” da səfərdə “Sassuolo”nu oxşar hesabla məğlub edib.
“Roma” səfərdə “Udineze”ni, “Latsio” isə evdə “Torino”nu 4 cavabsız qolla qalib gəlib.
Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” doğma azarkeşləri qarşısında “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirib və xal itkisi ilə üzləşib.
İtaliya A Seriyası
10-cu tur
29 oktyabr
Parma – Verona 0:1
Qol: Lazoviç, 10.
Breşiya – İnter 1:2
Qol: Şkrinyar, 76-öz qapısına – L.Martines, 23. Lukaku, 63.
30 oktyabr
Napoli – Atalanta 2:2
Qol: Maksimoviç, 16. Milik, 71 – Freuler, 41. İliçiç, 86.
Kalyari – Bolonya 3:2
Qol: J.Pedro, 48; 8. Simeone, 72- F.Santander, 23. Olsen, 90+1-öz qapısına.
Yuventus – Cenoa 2:1
Qol: Bonuççi, 36. Ronaldo, 90+5-pen – Kouame, 41.
Latsio – Torino 4:0
Qol: Açerbi, 25. İmmobile, 33; 70. Belotti, 90-öz qapısına.
Sampdoriya – Leççe 1:1
Qol: Ramires, 90+2 – Lapadula, 8.
Sassuolo – Fiorentina 1:2
Qol: Boqa, 24 – Kastrovilli, 63. Milenkoviç, 81.
Udineze – Roma 0:4
Qol: Zaniolo, 14. Smollinq, 51. Kluyvert, 54. Kolarov, 65-pen.
31 oktyabr
00:00 Milan – SPAL
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı