Dünya futbolu
Maradona fikrini dəyişdi
Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi …
Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradonanın bir neçə gün öncə istefa verdiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis klub rəhbərliyi ilə fikir ayrılığına görə postundan ayrılmışdı.
Lakin Argentina mətbuatının yaydığı məlumata görə, Maradona iki günlük ayrılıqdan sonra fikrini dəyişib. O, azarkeşlərin də dəstəyi ilə işinin başına qayıdıb. Fanatlara və futbolçulara təşəkkürünü bildirən mütəxəssis klub rəhbərliyinin də verdiyi sözlərə əməl edəcəyinə inandığını söyləyib.
Xatırladaq ki, Maradona bu komandanı 2019-cu ilin sentyabr ayından etibarən çalışdırır. “Ximnasiya” bu müddət ərzində 8 oyuna çıxıb, 3 qələbə qazanıb, 5 məğlubiyyətlə üzləşib.
- Ölkə futbolu2024-03-04 08:00
“Neftçi” azarkeşləri klub bazasına hücum etdi, rəhbərliyi hədələdi
- Ölkə futbolu2024-03-04 15:12
Tahir Süleymanov federasiya prezidenti seçildi
- Premyer-liqa2024-03-03 20:59
“Qarabağ” “Neftçi”yə darmadağınla qalib gəldi
- Milli komanda2024-03-04 17:10
Azərbaycan millisi Arif Əsədova tapşırıldı