Dünya futbolu
“Borussiya”da yeni müqavilə
Almaniyanın “Borussiya” klubu qapıçısı Yann Zom…
Almaniyanın “Borussiya” klubu qapıçısı Yann Zommerlə müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu Münhenqladbax təmsilçisi ilə 2023-cü ilin yayına qədər artırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
İsveçrəli qolkiper 2014-cü ildən “Borussiya”da çıxış edir. O, daha öncə “Bazel”, “Vaduts” və “Qrasshopper” klublarının da formasını geyinib. Zommer İsveçrə yığmasında da 45 oyun keçirib.