Ölkə futbolu
“Qarabağ”ın legionerinə növbəti “elçi”
“Qarabağ”ın futbolçusu Simeon Slavçevə da…
“Qarabağ”ın futbolçusu Simeon Slavçevə daha bir klub “elçi düşüb”.
Futbolinfo.az xəbər verir ki, Polşanın “Lex” klubu 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. “Lex”in Slavçev üçün qış fasiləsində “Qarabağ”la danışıqlara başlayacağı bildirilir.
2018-ci ilin iyulundan “Qarabağ”da çıxış edən Slavçevlə Bolqarıstan “Levski” klubu da yaxından maraqlanır. Bu mövsüm az şans tapan Slavçevin qış fasiləsində “Qarabağ”la yollarını ayıracağı gözlənilir.
Bolqarıstan millisinə də dəvət alan yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…