Dünya futbolu
Messi 6-cı dəfə “Qızıl top”u qazandı
İlin ən yaxşı futbolçusu üçün təsis oluna…
İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.
Bu, Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdən öncə mükafata əsas üç namizəd əvvəlki illərdə hərəyə 5 dəfə bu mükafata yiyələnən Lionel Messi (Argentina, “Barselona”) və Kristiano Ronaldo (Portuqaiya, “Yuventus”), həmçinin Vircil Van Diyk (Niderland, “Liverpul”) idi. Ronaldonun qatılmadığı tədbirdə qalib elan olunan "Barselona"nın argentinalı futbolçusu 6-cı dəfə “Qızıl top”a sahib olub.
“Qızıl top”a namizədlərin ilk “onluğ”u isə belə sıralanıb:
1. Lionel Messi (Argentina, “Barselona”)
2. Vircil van Diyk (Niderland, “Liverpul”)
3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)
4. Sadio Mane (Seneqal, “Liverpul”)
5. Məhəmməd Salah (Misir, “Liverpul”)
6. Kilian Mbappe (Fransa, PSJ)
7. Alisson Bekker (Braziliya, “Liverpul”)
8. Robert Levandovski (Polşa, “Bavariya”)
9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)
10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı