Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha beş görüş baş tutub.
“Qaziantep” səfərdə “Kırklarelispor”a uduzub. “Kayserispor” “Manisaspor”u, “Rizəspor” “Samsunspor”u məğlub yola salıb. Səkkiz qolun qeydə alındığı “Altınordu” – “Dənizlispor” matçında qonaqlar qələbə qazanıblar. “Beşiktaş” isə “Ərzincanspor”u darmadağın edib.
Bu mərhələnin cavab görüşləri dekabrın 17, 18 və 19-da baş tutacaq.
Türkiyə kuboku, 5-ci mərhələ
3 dekabr
Karagümrük – Göztəpə 1:2
Yeni Malatyaspor – Keçiörengücü 3:1
Alanyaspor – Adanaspor 5:1
Erokspor – Sivasspor 0:2
Fənərbaxça – İstanbulspor 4:0
4 dekabr
Trabzon – Başakşəhər 0:1
Eyüpspor – Antalyaspor 0:3
Kasımpaşa – Vanspor 2:1
Ərzurumspor – Bursaspor 4:2
Altay – Trabzonspor 1:2
Qalatasaray – Tuzlaspor 0:2
5 dekabr
Kırklarelispor – Qaziantep 2:1
Kayserispor – Manisaspor 3:2
Altınordu – Dənizlispor 3:5
Rizəspor – Samsunspor 3:2
Beşiktaş – Ərzincanspor 3:0