Dünya futbolu
Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda
Bu mövsüm Avropada çıxış edən ən yaxşı futbol&…
Bu mövsüm Avropada çıxış edən ən yaxşı futbolçuların adları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, InStat-ın statistik göstəricilərinə əsaslanan “CIES Football Observatory” şirkəti "Barselona"nın kapitanı Lionel Messini 1-ci pillədə göstərib.
Argentinalı superulduz 401 xalla siyahıya başçılıq edir. "Ayaks"ın üzvü Hakim Ziyeş ikinci, PSJ-nin forvardı Kilian Mbappe isə 3-cü yerdə qərarlaşır. Maraqlıdı ki, "Yuventus"un portuqaliyalı qolçusu Kriştianu Ronaldo hətta "20-liy"ə də düşməyib.
CIES-ə görə Avropanın ən yaxşı 10 oyunçusu
1. Lionel Messi ("Barselona") – 401 xal
2. Hakim Ziyeş ("Ayaks") – 377
3. Kilian Mbappe (PSJ) – 366
4. Riyad Mahrez ("Mançester Siti") – 362
5. Anxel Di Mariya (PSJ) – 360
6. Neymar (PSJ) – 358
7. Timo Verner ("Leypsiq") – 357
8. Çiro İmmobile ("Latsio") – 355
9. Kevin De Bruyne ("Mançester Siti) – 354
10. Endi Robertson ("Liverpul") – 353
- Ölkə futbolu2024-03-04 08:00
“Neftçi” azarkeşləri klub bazasına hücum etdi, rəhbərliyi hədələdi
- Premyer-liqa2024-03-03 20:59
“Qarabağ” “Neftçi”yə darmadağınla qalib gəldi
- Ölkə futbolu2024-03-04 15:12
Tahir Süleymanov federasiya prezidenti seçildi
- Ölkə futbolu2024-03-04 08:17
“Qarabağ” çempionluğa, “Qəbələ” vidaya tələsir