Dünya futbolu
Fransa klubu bir oyunda iki futbolçusunu itirdi – Mövsümü başa vurdular
Fransanın “Olimpik” (Lion) klubunun iki futbolçusu…
Fransanın “Olimpik” (Lion) klubunun iki futbolçusu sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, Memfis Depay və Jeff Ren-Adelayde Liqa 1-in 18-ci turunun “Renn”lə matçında (0:1) zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Depay və Ren-Adelaydenin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Hər iki futbolçu mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Niderland millisinin formasını geyinən Depayın AÇ-2020-ni də buraxmaq ehtimalı var.