Ölkə futbolu
Rauf Əliyevə və klub rəhbərinə 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclası…
AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu liqalarının ötən tur oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
Futbolinfo.az xəbər verir ki, komitə, xüsusən də, hakimlərin ünvanına təhqiramiz ifadələr işlədənləri sərt şəkildə cəzalandırıb.
Region Liqasında belə problem 3 oyunda aşkarlanıb. “Şəki” – “Energetik” matçı başa çatdıqdan sonra “Energetik”in rəhbəri Ruslan Həmidov, “Babək” – “Dübəndi” görüşündə “Babək” klubunun baş məşqçisi Rauf Əliyev, “Ərkivan” (Masallı) – “TST Astara” qarşılaşmasında isə “Ərkivan”ın futbolçusu Akşin Həşimov hakimi söyüb. Bu üzdən futbolçuya 4, digərlərinə isə 5 oyunluq cəza kəsilib.
Həmçinin futzal üzrə Birinci Liqanın “AjaxBaku” – “Standart” matçında referini söyən birincilərin oyunçusu Eşqin Tağıyev qarşıdakı 4 turu buraxmalı olacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd