Ölkə futbolu
“Sabah” Diniyev qardaşları ilə vidalaşır?
Hendrik Ekşteyn və Rocer Roxasla yollarını ayıran “Sabah&rd…
Hendrik Ekşteyn və Rocer Roxasla yollarını ayıran “Sabah” klubunun daha iki futbolçu ilə vidalaşacağı haqda xəbər yayılıb.
Futbolinfo.az xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, baş məşqçi Jelko Sopiç Coşqun və Kərim Diniyev qardaşlarının xidmətində maraqlı deyil və onlarla yolların ayrılmasını istəyib.
Məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov komanda.az-a açıqlama verib. Klub rəsmisi bu xəbəri təkzib edib:
“Yazılanlar həqiqəti əks etdirmir. Baş məşqçimiz Jelko Sopiçin adı çəkilən futbolçulardan narazılığı yoxdu. Həm Kərimin, həm də Coşqunun bizimlə müqaviləsi var və onlar komandada qalırlar”.
Xatırladaq ki, Coşqun və Kərim AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyevin oğullarıdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”