Milli komanda
Millimizin üzvü oynamadı, komandası darmadağın oldu
Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə &uu…
Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 23-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Donkaster”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Piterboro Yunayted” 23 turdan sonra 36 xalla 23 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”