Dünya futbolu
“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda
Türkiyənin “Ankara Dəmirspor” klubu heyətini yeni …
Türkiyənin “Ankara Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, TFF 2-ci liqa təmsilçisi türk əsilli almaniyalı hücumçu Samed Yeşili heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
Almaniyanın “Bayer” klubunun yetirməsi olan, bir müddət İngiltərə təmsilçisi “Liverpul”da çıxış edən 25 yaşlı futbolçu, İsveçrədə “Lütsern”in, Yunanıstanda “Panionios”un da formasını geyinib. Onun sonuncu klubu isə Uerdingen “Bayer”i olub.
Samed Yeşil vaxtilə Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…