Bizi izləyin

Dünya futbolu

Fransa darmadağınında “barmağı olan” 5 nəfər

Görünən odur ki, AFFA danışılmış oyunlarla bağlı fə…

blank
Görünən odur ki, AFFA danışılmış oyunlarla bağlı fəaliyyətini dayandırıb. 28 nəfərin futboldan ömürlük diskvalifikasiyası barədə qərarın davamı gəlmir.
 
Əvvəla, “Ağsu”nun çempionatdan kənarlaşdırılması haqda qərar verilməli idi. Amma assosiasiya komandanın az qala bütün heyətini cəzalandırsa da, bölgə təmsilçisinin özüylə bağlı ölçü götürmədi. Klubun yiyələrindən çəkindilər, qorxdular və belə addım atmadılar. Halbuki həqiqətən təmizlik işləri aparılırdısa, baş katib Elxan Məmmədovun dediyi kimi, virusu təmizləmək istəyirdilərsə, “Ağsu” I diviziondan qovulmalıydı.
 
AFFA-dan/SOCAR-dan maliyyələşən “Turan Tovuz” və “Ağsu”nun bəzi oyunçularının cəzalanması son olmamalıydı. Danışılmış oyunlarda şübhəli bilinən xeyli klub və futbolçu, məşqçi var. Amma araşdırılmalar dayandırıldı, davam etdirilmədi. Kələfi açmağa davam edilsəydi, bir çox futbol məmurunun özfəaliyyəti ifşa olunacaq, xeyli vəzifəli adamın paxırı açılacaqdı. Bu üzdən araşdırmaya “STOP” verildi. Halbuki belə olmamalıydı. Həqiqətən məqsəd oğruların, cinayətkarların üzə çıxarılmasıydısa, sona qədər gedilməliydi.
 
Bu fakt da göstərir ki, AFFA rəhbərliyinin məqsədi futbolu virusdan təmizləmək, oyunların nəticəsini saxtalaşdıran, manipulyasiya edən insanların ifşası deyil. Sadəcə, milli komandanın seçmə mərhələdə biabırçı çıxışını, bütün yığmaların fiasko nəticələrini pərdələmək, hesabat verməli olanları yaddan çıxarmaq üçün bu ssenari düşünülmüşdü. Baş qatıldı, əsas problemlər yaddan çıxarıldı.
 
Amma danışılmış oyunlarla bağlı mövzu açılmışkən, AFFA U-21 yığmamızın Fransayla oyunu ilə bağlı araşdırmanın nəticələrini bəyan etməlidi. Çünki UEFA bu matçla bağlı bizimkilərə məktub göndərib. AFFA şübhəli bilinən 5 futbolçunu qərargahına çağırıb, onlarla söhbət edib, lakin məsələnin üstünü örtməyə çalışıblar. Futbolçulardan bəzi etiraflar alınsa da, UEFA-ya təkzib izahatları göndərilib.
 
Bir sıra dünya bukmeker kontorlarında oktyabrın 11-də, Avro-2021-in seçmə mərhələsi çərçivəsində keçirilən Fransa – Azərbaycan oyununda 5 və daha artıq qolun vurulacağına dair pul qoyuluşları edilib. Külli miqdarda vəsait yatırılıb və oyun 5:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatdığından qumarbazlar da yaxşı qazanıb. UEFA U-21 millimizin şübhəli bilinən futbolçularının siyahısını göndərdiyindən məsələni dəqiqləşmiş də saymaq olar.
 
U-21-in baş məşqçisi Milan Obradoviçin də olaydan xəbərdar olduğu deyilir. Oyunöncəsi futbolçuları açıq futbola səsləyən, güclü rəqibə qarşı müdafiə futbolu oynamağı lazım bilməyən serb məşqçinin qərarı maraqlıdı.
 
Kimisə ittiham etmək istəmirik, lakin Fransada 3-5-2 taktikası seçib, güclü rəqiblə açıq futbol oynamaq niyyəti adamda şübhə yaradır. Belə cəsarətli məşqçi idisə, Sumqayıtda Lixtenşteynə qarşı eyni üsula əl atardı. Halbuki cırtdan ölkə təmsilçisi ilə ev oyununda qorxaq futbol və çətin qələbə gördük. Ümid edirik ki, dünyaca məşhur serb bukmekerlər həmyerlilərini tora salmayıb.
 
Cari seçmə mərhələdə Gürcüstanla ev oyunumuza (0:3) daha böyük pullar qoyulubmuş. Lixtenşteynə tarixində ilk qələbəsini qazandırdığımız (0:1) matçla da bağlı ciddi şübhələr var. Amma konkret Fransayla oyuna gəlincə, Kamran İbrahimov, Anton Krivotsyuk, İsmayıl İbrahimli, Turan Manafov (start heyətdə olmayıb) və bir legionerin (adını dəqiqləşdirə bilmədik, həmin matçda Hüseyn Seyliğli, Fərid Nəbiyev, Barış Ekincier və Doğukhan Öksüz forma geyib) olaydan xəbərdar olduğu deyilir. Onların hər birinə 10 min dollar verildiyi danışılır. Futbolçular bəzi oyundaşlarına sirri açıb və onlar da matçın nəticəsinə pul qoyuluşu edib.
 
Biz sadəcə, haqqında şaiyə dolaşan futbolçuların adını qeyd etdik. Ola bilər ki, AFFA-ya başqaları da çağırılıb, kiminsə haqqına girməyək. Məsələn, bu oyunçulardan Kamran məlumatı qətiyyətlə təkzib etdi, digərlərinə də tribuna verməyə hazırıq. Lakin UEFA-dan gələn məktub var və AFFA durumu aydınlaşdırmalıdı. Yalan iddiadırsa, bu barədə də məlumat verilməlidi, mətbuatın yazdıqlarına biganə qalmaq olmaz. Yox, faktdırsa, gizlədilməsi məsləhət bilinirsə, o başqa məsələ…
 
Kəsəsi, AFFA özünə lazım olanda, hansısa uğursuzluqları gizlətmək lazım gələndə danışılmış oyunlar kartını ortaya atmamalıdı. Həqiqətən virusun kökünü kəsməkdə maraqlıdılarsa, hər informasiyaya önəm verilməli, təkzib və ya təsdiq edilməlidi.
 
CAVAD
Reklam

Reklam


blank
Premyer-liqa2024-03-03 20:39

“Neftçi” “Qarabağ”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-03-03 20:35

Bədii gimnastlardan “Gymnastic lnternational 2024″də 2 medal

blank
Əvəzedicilər2024-03-03 19:55

“Sabah-2” və “Zirə-2”-dən darmadağın

blank
Premyer-liqa2024-03-03 19:00

“Sona kimi mübarizə aparacağıq” – Sxadadze

blank
Premyer-liqa2024-03-03 18:42

“Qələbə qazanacağımıza inanırdım” – Şahin Diniyev

blank
Digər idman növləri2024-03-03 18:17

Hüseynov İtaliyada lisenziya turnirinə qələbə ilə başladı

blank
Premyer-liqa2024-03-03 17:53

“Qəbələ” “Səbail”ə evdə uduzdu

blank
Dünya futbolu2024-03-03 14:26

Messidən 500-cü qol

blank
Digər idman növləri2024-03-03 13:30

Olimpiya Təsnifat Turnirində boksçularımızın rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-03-03 13:11

Yığmamız bu gün növbəti matçına çıxacaq

blank
Digər idman növləri2024-03-03 12:53

Dubay turnirinin qalibi məlum oldu

blank
Digər idman növləri2024-03-03 12:34

“Red Bull” – qaldığı yerdən davam

blank
Ölkə futbolu2024-03-03 12:17

“Araz-Naxçıvan”ın gözlənilən enişi, fürsəti qaçıran tovuzlular

blank
Ölkə futbolu2024-03-03 12:00

“Sabah” – “Araz-Naxçıvan” matçında mübahisəli epizod – VİDEO

blank
Dünya futbolu2024-03-03 11:00

Həsənalızadə oynamadı, komandası heç-heçə etdi

blank
Digər idman növləri2024-03-03 10:31

“Növbəti oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq”

blank
Premyer-liqa2024-03-03 10:00

“Qəbələ” ilə “Səbail”in 30-cu dueli

blank
Digər idman növləri2024-03-03 09:29

Qılıncoynadanlar Avropa birinciliyindən medalsız qayıdırlar

blank
Dünya futbolu2024-03-03 09:00

“Qəbələ” “Səbail”ə, “Neftçi” “Qarabağ”la qarşı

blank
Dünya futbolu2024-03-03 03:16

“Real” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-03-03 03:00

“Roma” darmadağına sevindi

blank
Dünya futbolu2024-03-03 02:45

“Borussiya”dan inamlı qələbə

blank
Dünya futbolu2024-03-03 02:27

“Reyms” və “Klermon” evdə uduzdu

blank
Dünya futbolu2024-03-03 02:18

“Liverpul” və “Tottenhem”dən qələbə, “Çelsi”dən heç-heçə

blank
Dünya futbolu2024-03-03 01:55

Renatlı “Hatayspor” “Fənərbaxça” ilə bacarmadı

blank
Dünya futbolu2024-03-03 01:35

Şeydayevli “Kocaelispor”dan heç-heçə

blank
Digər idman növləri2024-03-03 00:52

Mövsümün ilk qran-prisinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-03-03 00:39

Yığmamızdan Gürcüstanla heç-heçə

blank
Dünya futbolu2024-03-03 00:15

“Bayern”də yeni müqavilə

blank
Premyer-liqa2024-03-02 23:30

“Qəbələ”nin legioneri bərpa prosesi keçir

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm