Ölkə futbolu
Prosineçki qayıtmayacaq: prezident onun üstündən xətt çəkdi
Robert Prosineçki Azərbaycan milli komandasının baş məşq&…
Robert Prosineçki Azərbaycan milli komandasının baş məşqçi postuna qayıtmayacaq. Onun ölkəmizə dönüşü məsləhət bilinməyib.
“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev xorvat məşqçiylə bir neçə dəfə görüşsə də, yekun qərar qəbul edilməyib. Prosineçkinin böyük məbləğ tələb etməsi AFFA rəhbərliyinə çatdırıldıqdan sonra isə onun namizədliyinin üstündən xətt çəkilib. Qurumun prezidenti Rövnəq Abdullayev danışıqları dayandırmağı, başqa məşqçi seçməyi tapşırıb.
Maraqlıdı ki, Abdullayev 12 il ərzində ilk dəfə baş katib Elxan Məmmədovun təklif və tövsiyəsinə “yox” deyib. Həm də bunu çox kobud jestlə edib. Görünür, 2020-ci ildə AFFA-da reallaşacaq islahatlar ərəfəsində “ocaq” isinməyə başlayıb.
Milli komandamıza baş məşqçi axtarışlarına da fasilə verilib. AFFA rəhbərliyinin göstərişi ilə namizədlərə yanvarın 8-də baş tutacaq Konfransdan sonra üz tutulacaq. Həmin yığıncaqda ümumiyyətlə, yığma komanda üçün necə məşqçi seçilməsi ilə bağlı məsləhətləşmə olacaq.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi