Dünya futbolu
Arda Turan “Qalatasaray”a qayıdır
İcarə əsasında “Başakşəhər”də forma geyinən, m&u…
İcarə əsasında “Başakşəhər”də forma geyinən, müqavilə ilə “Barselona” klubuna məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü keçmiş klubu “Qalatasaray”a keçəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 32 yaşlı yarımmüdafiəçinin “sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalayacağı bildirilir.
“Qalatasaray”ın yetirməsi olan Arda, 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə “Başakşəhər”ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda bitir.
Arda 100 dəfə formasını geyindiyi Türkiyə yığmasında 16 qol vurub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı