Ölkə futbolu
“Qarabağ” – 2019-cu ilin ən yaxşısı
Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasınd…
Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.
Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdu.
2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb.
Ümumiyyətlə, il ərzində yalnız iki komanda – “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdu. (PFL)2019-cu ilin ən yaxşısı – “Qarabağ”
Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.
Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdu.
2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb.
Ümumiyyətlə, il ərzində yalnız iki komanda – “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdu. (PFL)

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı