Bizi izləyin

Ölkə futbolu

9 ayı bitdi, Baqa getdi! Bəs, Rəfiyev?

blank
blank

Proseslərin gedişi belə sonluğu proqnozlaşdırmağa imkan verirdi. Kimsə qurban edilməliydi və analoji vəziyyətlərin əksəriyyətində olduğu kimi, yenə baş məşqçi edam stuluna əyləşdirildi.

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa “Neftçi” ilə daha öncəki oyundan sonra mətbuat konfransına qatılmamaqla klubdan ayrılmaq istədiyinin siqnalını vermişdi. Aldadılaraq Azərbaycana gətirilən, hətta milli komandanın baş məşqçiliyi vəd edilən belaruslu, yaradıl(may)an şəraitin sonucunda bataqlığa düşdüyünün fərqində idi. Qaçmaq, nüfuzunu, karyerasını xilas etmək istəyirdi.

Məsələ bir nöqtədə düyünlənmişdi – ayrılıq qərarını ilk öncə kim versin? “Sumqayıt” 2,5 illik müqavilə bağladığı məşqçini qovsa, böyük təzminat ödəməliydi. Klub bu yükə hazır deyildi. Hələ sabiq köməkçi-məşqçi Elnur Çodarova olan borc ödənilməyib, iş CAS-dadı, üstünə Baqaya ödəniləcək məblğ də gəlinsə, sponsorlar bunu menecer-prezident Riad Rəfiyevə bağışlmazdı. Baqa istefa versə, vəziyyət daha rahat olardı, amma o da gimnastika millimizdə işə götürülən xanımının aqibətini düşünərək, eyni zamanda puldan vaz keçmək istəmədiyindən səbr edirdi.

Nəhayət, tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam verilməsinə razılaşdı. Rəfiyevin neçə aylıq maaşı ödəməyə razı olduğu gizli saxlanılır, amma ortaq məxrəcə gəlinibsə, bu, klub adına yaxşı məqamdı. Amma…

…Amma “Sumqayıt”ın problemi yalnız Aleksey Baqa deyildi. Bəli, nəticələrə görə baş məşqçi cavabdehdi, uğursuzluq varsa, ilk hədəfə gələn də o olur. Lakin belaruslu mütxəssisin niyə bu aqibəti yaşadığını da araşdırmaq lazımdı. Belarusda iki fərqli klubu, Litvada “Jalgiris”i ölkə çempionu edən məşqçi bu qədər uğursuz ola bilməzdi.

“Sumqayıt”ın biabırçı çıxışının səbəbi rəhbərlikdən qaynaqlanır. Transfer siyasəti uğura yox, cibi doldurmağa hesablanıbsa, məqçinin komanda quruculuğu baxımından istəkləri nəzərə alınmayıbsa, yekun məhz belə olmalı idi. İlk dəfə legioner transferlərinə gərək duyan kluba 9 ölkədən 9 əcnəbi gətirilib. Nəticələr isə yerlilərlə oynanılan, yerli məşqçinin çalışdığı dönəmlə müqayisədə faciəvidi. Baqanı da saysaq, 10 ölkədən 10 əcnəbinin olduğu komanda 7 tura heç-heçələr sayəsində 3 xal qazanıb və penaltidən olmaqla cəmi 1 qol vurub, 10-u buraxıb.

Heyətdəki legionerlərin heç biri hətta yerli oyunçulardan üstün deyil. Onların hamısı müəyyən müddət oynadılıb satılmağa hesablanıb. Klub belə siyasət seçibsə, onu da başa düşmək olar. Amma nəzərə alaq ki, “Sumqayıt” bu futbolçuların satışından heç nə qazanmayacaq, onların hamısı azad agent kimi yola salınacaq, şəxsi müqavilə bağladıqları menecer Rəfiyev öz komisyon haqqını alacaq.

Rəfiyev illərdi “Sumqayıt”dan bu cür faydalanır, təkcə son mövsümdə gedən oyunçulara diqqət etmək kifayətdi, heç biri kluba pul qazandırmayıb. Riad bəyin 100 min dollar tələb etdiyi, amma sonda yalnız 10 min ala bildiyi bir əməliyyatı dəqiq bilirik. Aleksey İsyevin “Sabah”a keçidi üçün ödənilən komisyon haqqının hansı insanların məsələyə qarışaraq, hansı yollarla alındığından da xəbərdarıq. Detalları araşdırırıq, zamanıyla oxuculara daha dəqiq bilgiləri çatdıracağıq.

Ən son olaraq Höccət Haqverdi olayını xatırladaq. Müqavilədənkənar maliyyə tələb edildiyi üçün “Traktor”un imtina etdiyi milliləşdirilmiş fars Sumqayıta qayıtdı, əvəzedicilərə göndərildi. Məsələ mətbuata çıxandan sonra Rəfiyev onminlər xərclənən milli üzvünün ikinci komandada oynamasının söz-söhbətə səbəb olacağını bildiyindən, müvəqqəti olaraq maraqlarından vaz keçdi və Höccət İrana qayıtdı.

Klub bir nəfərin şəxsi maraqlarına qurban verilir, Sumqayıt kimi bir şəhərin komandası biznes obyektinə çevrilib. Mövcud olması, yaşaması üçün pul dövlət tərəfindən, sponsor “Azərkimya”dan, “KapitalBank”dan ayrılır, vəziyyətdən maaşla prezident işləyən Rəfiyev yararlanır.

Maraqlıdı, kimsə də Riad bəydən hesabat istəmir. Bəh-bəhlə gətirilən, ötən yarım il üçün ayına 8, bu yaydan etibarən 12 min dollar maaş alan, 2,5 illik müqavilə bağlanılan məşqçi niyə bu vəziyyətə salındı? Transferlər niyə onun planlarına, komanda quruculuğu arzularına görə edilmədi? Ötən mövsüm Baqanın özünün qurmadığı komandaya gəldiyi, cari mövsümdə əsl gücünü göstərəcəyi deyilirdi, vədlər sıralanırdı. Hanı nəticə?

Baqa Azərbaycana ötən ilin sonunda gəlmişdi, 9 ayı bitərkən yola salınır. Belaruslu mətbuat konfranslarının birində məhz “9 ay” deyərək hamiləliyə eyham vurmuş, ədəbazlıq etmişdi. Bumeranq effektidi, başına gəldi, vaxtı çatdı və azad oldu, “körpə”si ölü doğuldu. 9 aylıq Baqa bu müddətdə komandanı 21 oyuna çıxartdı və cəmi 2 qələbə üzü gördü. Onu da ötən mövsümün sonunda, lazımsız, rəqiblərinin önəm vermədiyi oyunlarda reallaşdırdı.

Nəticələrə görə Baqa çox uğursuzdu. Yəqin ki, tezliklə Belarus mətbuatına danışacaq və özünə bəraət qazandırmaq, imicini təmizləmək üçün Rəfiyevi ifşa edəcək. Pulunu alıb gedəcəyi günə kimi gözləmək lazımdı…

Qurbanlıq seçilən Baqa öz yerində, gəlin Rəfiyevin statistikasına baxaq. Bu menecer-prezident son bir ildə reallaşan 27 oyunda cəmi 2 qələbə görüb, vaxtilə milli komandaya 9 oyunçu göndərən “Sumqayıt”ın hazırkı siyahıda təmsilçisi yoxdu. Bu qədər uğursuz birinə hədsiz güvənin səbəbini biləən varmı?

FƏRİD

Reklam
blank
Dünya futbolu2022-09-28 09:48

“Dinamo” kubokda Mahirsiz mərhələ adladı

blank
Dünya futbolu2022-09-28 09:22

Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

blank
Milli komanda2022-09-28 09:00

Albenada futbolumuzun sabahının premyerası

blank
Dünya futbolu2022-09-28 00:48

Millətlər Liqası: Qrup mərhələsinə yekun vuruldu

blank
Dünya futbolu2022-09-28 00:08

“Ölkədə müharibə getdiyi vaxtda futbol oynaya bilmirəm”

blank
Milli komanda2022-09-27 23:08

“Əsas hədəfimiz yığmanın heyətini formalaşdırmaqdır”

blank
Dünya futbolu2022-09-27 22:16

“Çelsi”nin sabiq ulduzu futbolçu karyerasını başa vurdu

blank
Milli komanda2022-09-27 21:17

Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

blank
Milli komanda2022-09-27 20:57

Millimizdən Moldova yığması ilə heç-heçə

blank
Milli komanda2022-09-27 19:58

Millimiz seçmə mərhələni xalsız başa vurdu

blank
Dünya futbolu2022-09-27 18:46

“Barselona”nın daha bir müdafiəçisi sıradan çıxdı

blank
Dünya futbolu2022-09-27 17:54

Azarkeşlərdən üzr istədi – Millinin futbolçusu

blank
Ölkə futbolu2022-09-27 17:21

“Azərbaycan millisində uğur qazanmaq üçün əlimdən gələni edirəm” – De Byazi

blank
Dünya futbolu2022-09-27 17:00

“Mahir Emreli yoldan keçən biri kimi görünür” – Xorvatiya mətbuatı

blank
Dünya futbolu2022-09-27 16:28

“Barselona” “Kamp Nou”nu bu stadiona dəyişir

blank
Dünya futbolu2022-09-27 16:00

Pelleqrini 385 min avro cərimə olundu

blank
Dünya futbolu2022-09-27 15:39

Kapitan milli karyerasını başa vurdu

blank
Dünya futbolu2022-09-27 15:16

DÇ-2022: Qətərin xərclədiyi məbləğ bəlli oldu

blank
Dünya futbolu2022-09-27 14:56

Azərbaycandan təklif alsa da, Lüksemburq klubunu seçib

blank
Dünya futbolu2022-09-27 14:37

“El-klasiko”nun vaxtı bəlli oldu

blank
Dünya futbolu2022-09-27 14:14

Sabiq “Qarabağ”lı Türkiyə klubunun baş məşqçisi oldu

blank
Premyer-liqa2022-09-27 13:50

Premyer Liqanın VIII turu rəqəmlərin gözü ilə

blank
I Divizion2022-09-27 13:26

I Divizionda hakim təyinatları açıqlandı

blank
Milli komanda2022-09-27 13:15

Millimiz bu gün Moldova yığması ilə qarşılaşacaq

blank
Ölkə futbolu2022-09-27 12:59

Yüksək Liqada 2-ci turun oyun cədvəli açıqlandı

blank
Layihə2022-09-27 12:55

Avarçəkmə bazasının “daimi sakini” – VİDEO

blank
Digər idman növləri2022-09-27 12:28

Təxirə salınmış yarışın yeni keçirilmə tarixi açıqlandı

blank
Milli komanda2022-09-27 12:05

AÇ: Millimiz son oyununa çıxır

blank
Digər2022-09-27 12:00

Bu gün Azərbaycanda Anım Günüdür

blank
Digər idman növləri2022-09-27 11:28

Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu

blank
Milli komanda2022-09-26 09:29

Yığmamızdan Qazaxıstana 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2022-09-23 10:01

Millimiz Slovakiyada belə qələbə qazandı – VİDEO

blank
Ölkə futbolu2022-09-22 18:33

UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

blank
Ölkə futbolu2022-09-22 12:45

BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

blank
Milli komanda2022-09-21 00:30

Qazaxıstan – Azərbaycan matçında 11 qol – VİDEO

blank
Ölkə futbolu2022-09-20 09:21

“Səhvlərdən nəticə çıxardacağıq” – VİDEO

blank
Premyer-liqa2022-09-18 23:35

“Zirə” – “Qarabağ” matçında 8 qol – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:27

“Kəpəz”dən əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:12

“Rauf Əliyevin “Kəpəz”də qalması mümkünsüzdür” – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:02

“Fasilədən səmərəli istifadə etməyə çalışacağıq” – VİDEO

blank
Ölkə futbolu2022-09-18 20:52

Tərlan Əhmədov: “Komanda hələ istədiyim səviyyədə deyil” – VİDEO

blank
Premyer-liqa2022-09-17 21:36

“Qəbələ” “Sumqayıt”ı belə məğlub etdi – VİDEO

blank
Ölkə futbolu2022-09-17 14:44

“Sabah” – “Turan Tovuz” matçında şəhidlərimiz belə anıldı – VİDEO

blank
Premyer-liqa2022-09-16 23:59

“Səbail” “Neftçi” ilə bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-09-16 21:34

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-16 20:14

“Neftçi”nin zədəli futbolçularından son xəbər – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:31

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:27

BÖLGƏ FUTBOLU: Yevlaxlılar sponsor axtarır – VİDEO

blank
Milli komanda2022-09-15 15:21

“Toplanış və oyunlar təcrübə qazanmaq baxımından əla şansdır”

blank
Ölkə futbolu2022-09-15 13:22

“Nant”ın Bakı gəzintisi və mərkəzi arenada son məşqi – VİDEO

blank
Milli komanda2022-09-14 19:15

Millimizin üzvü Qazaxıstanla matça hazırlığı dəyərləndirdi – VİDEO

blank
Digər2022-09-13 18:00

MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO

blank
Ölkə futbolu2022-09-13 13:28

Yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2022-09-12 21:43

Qazananların real hekayələri – Bütün Zaqatala onun sevincinə şərik oldu – VİDEO

blank
Ölkə futbolu2022-09-12 14:22

“Bir əsgərin “Turan” arzusu” – VİDEO

blank
Premyer-liqa2022-09-11 23:48

“Qarabağ” – “Sabah” matçında 7 qol – VİDEO

blank
Premyer-liqa2022-09-11 21:16

“Sumqayıt”la “Şamaxı” yenə qələbəyə həsrət qaldı – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:38

“Səbail” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:22

“Bizim iştirakımızla keçən oyunlar maraqlı alınır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-09-10 21:27

“Neftçi”dən Qəbələdə əzmkar qələbə – VİDEO

Gündəm