Bizi izləyin

Ölkə futbolu

9 ayı bitdi, Baqa getdi! Bəs, Rəfiyev?

blank
blank

Proseslərin gedişi belə sonluğu proqnozlaşdırmağa imkan verirdi. Kimsə qurban edilməliydi və analoji vəziyyətlərin əksəriyyətində olduğu kimi, yenə baş məşqçi edam stuluna əyləşdirildi.

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa “Neftçi” ilə daha öncəki oyundan sonra mətbuat konfransına qatılmamaqla klubdan ayrılmaq istədiyinin siqnalını vermişdi. Aldadılaraq Azərbaycana gətirilən, hətta milli komandanın baş məşqçiliyi vəd edilən belaruslu, yaradıl(may)an şəraitin sonucunda bataqlığa düşdüyünün fərqində idi. Qaçmaq, nüfuzunu, karyerasını xilas etmək istəyirdi.

Məsələ bir nöqtədə düyünlənmişdi – ayrılıq qərarını ilk öncə kim versin? “Sumqayıt” 2,5 illik müqavilə bağladığı məşqçini qovsa, böyük təzminat ödəməliydi. Klub bu yükə hazır deyildi. Hələ sabiq köməkçi-məşqçi Elnur Çodarova olan borc ödənilməyib, iş CAS-dadı, üstünə Baqaya ödəniləcək məblğ də gəlinsə, sponsorlar bunu menecer-prezident Riad Rəfiyevə bağışlmazdı. Baqa istefa versə, vəziyyət daha rahat olardı, amma o da gimnastika millimizdə işə götürülən xanımının aqibətini düşünərək, eyni zamanda puldan vaz keçmək istəmədiyindən səbr edirdi.

Nəhayət, tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam verilməsinə razılaşdı. Rəfiyevin neçə aylıq maaşı ödəməyə razı olduğu gizli saxlanılır, amma ortaq məxrəcə gəlinibsə, bu, klub adına yaxşı məqamdı. Amma…

…Amma “Sumqayıt”ın problemi yalnız Aleksey Baqa deyildi. Bəli, nəticələrə görə baş məşqçi cavabdehdi, uğursuzluq varsa, ilk hədəfə gələn də o olur. Lakin belaruslu mütxəssisin niyə bu aqibəti yaşadığını da araşdırmaq lazımdı. Belarusda iki fərqli klubu, Litvada “Jalgiris”i ölkə çempionu edən məşqçi bu qədər uğursuz ola bilməzdi.

“Sumqayıt”ın biabırçı çıxışının səbəbi rəhbərlikdən qaynaqlanır. Transfer siyasəti uğura yox, cibi doldurmağa hesablanıbsa, məqçinin komanda quruculuğu baxımından istəkləri nəzərə alınmayıbsa, yekun məhz belə olmalı idi. İlk dəfə legioner transferlərinə gərək duyan kluba 9 ölkədən 9 əcnəbi gətirilib. Nəticələr isə yerlilərlə oynanılan, yerli məşqçinin çalışdığı dönəmlə müqayisədə faciəvidi. Baqanı da saysaq, 10 ölkədən 10 əcnəbinin olduğu komanda 7 tura heç-heçələr sayəsində 3 xal qazanıb və penaltidən olmaqla cəmi 1 qol vurub, 10-u buraxıb.

Heyətdəki legionerlərin heç biri hətta yerli oyunçulardan üstün deyil. Onların hamısı müəyyən müddət oynadılıb satılmağa hesablanıb. Klub belə siyasət seçibsə, onu da başa düşmək olar. Amma nəzərə alaq ki, “Sumqayıt” bu futbolçuların satışından heç nə qazanmayacaq, onların hamısı azad agent kimi yola salınacaq, şəxsi müqavilə bağladıqları menecer Rəfiyev öz komisyon haqqını alacaq.

Rəfiyev illərdi “Sumqayıt”dan bu cür faydalanır, təkcə son mövsümdə gedən oyunçulara diqqət etmək kifayətdi, heç biri kluba pul qazandırmayıb. Riad bəyin 100 min dollar tələb etdiyi, amma sonda yalnız 10 min ala bildiyi bir əməliyyatı dəqiq bilirik. Aleksey İsyevin “Sabah”a keçidi üçün ödənilən komisyon haqqının hansı insanların məsələyə qarışaraq, hansı yollarla alındığından da xəbərdarıq. Detalları araşdırırıq, zamanıyla oxuculara daha dəqiq bilgiləri çatdıracağıq.

Ən son olaraq Höccət Haqverdi olayını xatırladaq. Müqavilədənkənar maliyyə tələb edildiyi üçün “Traktor”un imtina etdiyi milliləşdirilmiş fars Sumqayıta qayıtdı, əvəzedicilərə göndərildi. Məsələ mətbuata çıxandan sonra Rəfiyev onminlər xərclənən milli üzvünün ikinci komandada oynamasının söz-söhbətə səbəb olacağını bildiyindən, müvəqqəti olaraq maraqlarından vaz keçdi və Höccət İrana qayıtdı.

Klub bir nəfərin şəxsi maraqlarına qurban verilir, Sumqayıt kimi bir şəhərin komandası biznes obyektinə çevrilib. Mövcud olması, yaşaması üçün pul dövlət tərəfindən, sponsor “Azərkimya”dan, “KapitalBank”dan ayrılır, vəziyyətdən maaşla prezident işləyən Rəfiyev yararlanır.

Maraqlıdı, kimsə də Riad bəydən hesabat istəmir. Bəh-bəhlə gətirilən, ötən yarım il üçün ayına 8, bu yaydan etibarən 12 min dollar maaş alan, 2,5 illik müqavilə bağlanılan məşqçi niyə bu vəziyyətə salındı? Transferlər niyə onun planlarına, komanda quruculuğu arzularına görə edilmədi? Ötən mövsüm Baqanın özünün qurmadığı komandaya gəldiyi, cari mövsümdə əsl gücünü göstərəcəyi deyilirdi, vədlər sıralanırdı. Hanı nəticə?

Baqa Azərbaycana ötən ilin sonunda gəlmişdi, 9 ayı bitərkən yola salınır. Belaruslu mətbuat konfranslarının birində məhz “9 ay” deyərək hamiləliyə eyham vurmuş, ədəbazlıq etmişdi. Bumeranq effektidi, başına gəldi, vaxtı çatdı və azad oldu, “körpə”si ölü doğuldu. 9 aylıq Baqa bu müddətdə komandanı 21 oyuna çıxartdı və cəmi 2 qələbə üzü gördü. Onu da ötən mövsümün sonunda, lazımsız, rəqiblərinin önəm vermədiyi oyunlarda reallaşdırdı.

Nəticələrə görə Baqa çox uğursuzdu. Yəqin ki, tezliklə Belarus mətbuatına danışacaq və özünə bəraət qazandırmaq, imicini təmizləmək üçün Rəfiyevi ifşa edəcək. Pulunu alıb gedəcəyi günə kimi gözləmək lazımdı…

Qurbanlıq seçilən Baqa öz yerində, gəlin Rəfiyevin statistikasına baxaq. Bu menecer-prezident son bir ildə reallaşan 27 oyunda cəmi 2 qələbə görüb, vaxtilə milli komandaya 9 oyunçu göndərən “Sumqayıt”ın hazırkı siyahıda təmsilçisi yoxdu. Bu qədər uğursuz birinə hədsiz güvənin səbəbini biləən varmı?

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm