“Tottenhem” heyətinə yeni futbolçu qatıb. Bu barədə klubun saytı məlumat yayıb.

London təmsilçisi “Nottingem Forest”dən 22 yaşlı yarımmüdafiəçi Brennan Consonu transfer edib. Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Conson 2022/2023 mövsümündə bütün yarışlarda 44 oyuna çıxıb, 10 qol vurub və 3 qolun  ötürməsini verib.

Shares: