İspaniya Kubokunda 1/4 finalın püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, turnirin favoritlərindən olan “Barselona” “Atletik”lə üz-üzə gələcək.

Bu komandalar Bilbaoda qarşılaşacaqlar. Digər cütlərdə “Selta” “Real Sosyedad”ı, “Mayorka” “Jirona”nı, “Atletiko” isə “Sevilya”nı qəbul edəcək. Mərhələ bir oyundan ibarət olacaq və qalib komandalar yarımfinala yüksələcəklər.

1/4 final mərhələsinin oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.

Shares: