Transfermarkt poratlı 2014/2015 mövsümündən başlayaraq transferlərdə ən çox qazanan klubların siyahısını dərc edib.

İngiltərənin “Çelsi” klubu reytinqə başçılıq edir. Londonlular bu müddət ərzində 1,32 milyard avroluq oyunçu satıblar. İlk üçlükdə “Benfika” və “Monako” da var. Portuqaliyalıların satışdan qazancı 1,21 milyard, knyazlıq təmsilçisinin isə 1,2 milyard avro olub.

1 milyard rəqəmini daha iki klub – “Yuventus” və “Barselona” da keçib.

20 klub arasına düşməyən komandalar da maraq doğurur. Almaniyanın “Leypsiq” komandasının satışı 655 milyon təşkil edib. Onlar siyahıda 22-ci yerdə qərarlaşıblar. “Bayern” 606 milyonla 25-ci pillədədir. “Arsenal”ın satışdan gəliri 408 milyon edib. London klubu 43-cü pillədə yer alır. “Milan” isə 391 milyonla 46-cı pillədədir.

Shares: