Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” heyətin əsas oyunçularını qorumaq niyyətindədir. Yevlax klubu müqaviləsi başa çatan futbolçularla danışıqları davam etdirir.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümə iddialı heyət qurmaq istəyən rəhbərlik nigeriyalı yarımmüdafiəçi Peter Nqozi Kinqslə ilkin razılıq əldə edib.
Qeyd edək ki, Kinqs başa çatan mövsümdə yevlaxlıların heyətində 18 oyun keçirib və rəqib komandaların qapısından 7 top keçirməyə müyəssər olub.
Xatırladaq ki, “Karvan” I Liqada ötən mövsümü 44 xalla 5-ci pillədə tamamlayıb.