Misli Premyer Liqasında asiyalı futbolçuların sayı artır. “Sumqayıt”da isə məhz Özbəkistandan gələnlərin sayı ikiyə çatacaq.

Futbolinfo.az xəbər verir ki, Casurbek Caloliddinovun çıxışından məmnun olan “kimyaçılar” indi də onun həmyerlisini heyətinə qatır. Bu gün Bobur Abdikholikovun “Sumqayıt”a keçidi rəsmiləşəcək. Fevralın 6-da bu ölkənin “Nasaf” klubundan ayrılaraq sərbəst olyunçu olan 27 yaşlı mərkəz hücumçusu “kimyaçılar”la razılıq əldə edib.

Karşı klubunda 23 oyuna cəmi 5 qol vuran forvardın 8 matçdır fərqlənməyi bacarmayan sumqayıtlıların dərdinə dərman olacağı inandırıcı görünmür. Son klubu məhz ümidləri doğrultmadığı üçün yetirməsini cəmi bir mövsüm heyətində saxlayıb.

2016-20-ci illərdə “Nasaf”da daha məhsuldar oynayan Bobur ən yaxşı dövrünü Belarusda keçirib. O, “Energetik”də 2022-ci ildə 30 qarşılaşmada 26 dəfə fərqlənməyi bacarmışdı. Növbəti mövsümü Qazaxıstanda keçirən Abdikholikov “Ordabası”nın heyətində meydana çıxdığı 26 oyunda cəmi 7 qol vurmuş, ötən ilin fevralında “Nasaf”a qayıtmışdı.

Shares: