“Sumqayıt”ın yarımmüdafiəçisi Ronaldo Vaskezin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 28-ci turunda “Sabah”la matçda bolqollu (3:3) heç-heçə etdiniz. Bu matçla bağlı fikirləriniz necədir?
– Çox həyəcanlı matç oldu. Sona qədər mübarizə aparan komanda olduğumuzu və evdə güclü oynadığımızı göstərdik.
– 11 matçda qol vurmadınız, ancaq qələbə qazandıqdan sonra daha çox qol vurursunuz. 11 oyunluq “quru” seriyanızı bəxtsizlik adlandırmaq olar?
– Vacib olan odur ki, biz yenidən qol vurduq. Düşünürəm ki, hazırda çox yaxşıyıq. Bu seriyaya davam etməliyik.
– “Sumqayıt”da ilk qolunuzu vurdunuz. Bu, növbəti qollar vurmaq üçün motivasiya verəcək?
– Qol vurmaq həmişə vacibdir. Amma daha vacib komanda olaraq 3 xalı əldə etməkdir. Bunun üçün çalışmalıyıq.
– Milli komandanızda da qol vurmusunuz. Sizin üçün uğurlu həftə oldu…
– Milli komandamla qol vura bildim. Bu, mənim üçün çox vacib bir şeydir.
– “Sumqayıt” liqadakı yerini qoruyacaq? İndi rəqiblərinizlə fərqiniz var, amma təhlükə qalır…
– Biz özümüzə diqqət yetirəcəyik və komanda olaraq böyüməyə davam edəcəyik. Güclü komandayıq və ümid edirəm ki, bunu davamlı olaraq göstərə biləcəyik.
– Növbəti oyun “Araz Naxçıvan”a qarşı olacaq. Bu oyunda xal qazana biləcəksiz?
– Bu matçda 3 xalı almaq üçün çalışacağıq. Rəqib üçün də bu matç vacibdir, onların da xala ehtiyacı var.
AĞA






