“Qəbələ” transfer çalışmalarını davam etdirir. Klub növbəti dəfə hücum xəttinə təcrübəli futbolçu əlavə edib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” 31 yaşlı İbrahim Sanqare ilə razılığa gəlib. Klubun adını gizli saxlamağa çalışdığı forvard komandanın düşərgəsinə qoşulub və məşqlərə start verib.

Peşəkar karyerası ərzində bir sıra klublarda forma geyinmiş Sanqare son mövsümü “Hapoel Hadera”da keçirib. O, həmçinin “Otelle Afien”, “Le Puy Foot”, “Orlean”, “Kretel”, “Oser” “Giresunspor” və “Menemenspor” kimi komandaların heyətində çıxış edib.

GÜNAY SÜLEYMANOVA

Shares: