“Neftçi”nin hücumçusu Bassala Sambu xarici çempionatlarda ən çox qol vuran ingiltərəli futbolçular siyahısında ilk “10-luq”da qərarlaşır.
Futbolinfo.az saytının məlumatına görə, 29 yaşlı hücumçu Misli Premyer Liqasının cari mövsümündə vurduğu 10 qolla buna nail olub.
Sambu dünyanın ən məhsuldar 7 ingiltərəli futbolçusu siyahısına şərikdir. Onunla yanaşı, Luk Planqe (“Qrasshoppers”, İsveçrə), Keinan Devis (“Udineze”, İtaliya), Sem Kosqrov (“Oklend”, Avstraliya) və Olli Halbert (“Barri Taun”, Uels) də eyni göstəriciyə malikdir.
Hazırda Bassala Sambunu 6 həmyerlisi qabaqlayır. Bunlar Harri Keyn (“Bayern”, Almaniya – 31 qol), Cordan Uillyms (TNS, Uels – 26), İvan Toni (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı – 25), Maykl Ndjoli (“Lions”, Cəbəllüttariq – 17), Meyson Qrinvud (“Olimpik” Marsel, Fransa – 15) və Elliott Rivsdir (“Flint Taun”, Uels – 12).
Qeyd edək ki, Bassala Sambu ötən ilin əvvəlindən “Neftçi”nin formasını geyinir.






